Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvan ətrafına cəmləşdirilir - TƏCİLİ

2018/05/1802_1525256994.jpg
Oxunub: 2411     18:28     02 May 2018    
Ermənistan ərazisində internet və mobil rabitəyə məhdudiyyət qoyulub.

Ordu.az xəbər verir ki, mayın 1-də Ermənistan parlamentində keçirilən və nəticəsiz başa çatan iclasdan dərhal sonra hazırkı hərbi-siyasi rəhbərlik xalqın etiraz səsini yatırmaq və hakimiyyəti əldə saxlamaq məqsədilə Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrinin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.

Bu məqsədlə dünən gecə saatlarından başlayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-İrəvan və Cəbrayıl-Gorus-Vedi-İrəvan marşurutları üzrə Ermənistan istiqamətində hərəkət edir.

Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin əhaliyə ölkə ərazisində hərbi daşınmaların maneəsiz hərəkətinin təmin edilməsi barədə etdiyi müraciətə baxmayaraq, İrəvan şəhərinə Kanaker, Nubaraşen və Üçmüədzin istiqamətlərindən daxil olan yollarda girişlər etirazçılar tərəfindən bağlı saxlanılır.

Eyni zamanda Ermənistan hakimiyyəti tərəfindən ölkədəki internet provayderləri və mobil rabitə operatorlarının fəaliyyətinə də məhdudiyyət qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağlıq-Qarabağ   İrəvan   Ermənistan  


Bizi "telegram"da izləyin