Ordu.az Sputnik-gergia.ru saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Gürcüstan və İsrail arasında Levan İzoriya və Aviqdor Libermanın iştirakı ilə müdafiə sahəsində dərinləşdirilmiş əməkdaşlıq barədə bəyannamə imzalanıb.
İzoriyanın Tel-Əvivə səfəri dünən başlayıb. O artıq israilli həmkarı ilə görüşüb, həmçinin İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna baş çəkib.
Gürcüstan müdafiə naziri həmçinin İsrail Milli Müdafiə Şurasının katibi Meir Ben-Şabatla görüşəcək, o cümlədən Qüdsdəki Holokost Quranları Muzeyinə səfər edəcək.
Ağalar Qəribov
Ordu.az