Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov çıxışında mövcud problemlərdən narahat olduqlarını bildirib.
"Biz ölkəmizdə korrupsiya olduğunu inkar etmirik, amma biz nəinki ultimatumlar barədə danışmalıyıq, dialoqa getməliyik", -deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırkı vəziyyəti qiymətləndirməsi tamamilə siyasidir və şəxsi xarakter daşımır.
"Hörmətli Paşinyan, mən sizi Ali Baş Komandan rolunda görmürəm", - deyə Şarmazanov etiraz edib.
Alpər Mövludoğlu
Ordu.az