“Ermənistanın hərbi xərcləri artırılmalıdır” - Paşinyan

2018/05/12323_1525178277.jpg
Oxunub: 2416     20:32     01 May 2018    
“Ermənistanın hərbi xərcləri büdcəyə daxilolmaların sayının artmasına paralel olaraq artmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri vəzifəsinə yeganə namizəd Nikol Paşinyan bildirib.

O, bu barədə parlamentin xüsusi iclasında çıxış edərkən burğulayıb.

“Ermənistanın hərbi xərcləri regiondakı vəziyyətə münasib olmalıdır. Ermənistanın müdafiə xərclərinin artmasına ehtiyac olduğunu hesab edirəmmi? Bəli. Biz bunu büdcəyə daxilolmalara paralel edə bilərik”, - deyə Paşinyan açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin