Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hərbi təlimlər 7-11 may tarixlərində Egey dənizində keçiriləcək.
Məlumata görə, hərbi təlimlərdə Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, Macarıstan, Monqolustan, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı olmaqla ümumilikdə 19 dövlət iştirak edəcək.
Xatırladaq ki, bundan öncə, 6-30 mart tarixlərində Türkiyə Egeydə hərbi dəniz təlimləri keçirmişdi.
Ağalar Ağalarlı
Ordu.az