Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Levan İzoriya məlumat yayıb.
“Qarşıdakı iki-üç həftə ərzində Gürcüstanın strateji müttəfiqi ABŞ-ın yardımı ilə ölkənin müdafiə hazırlığı proqramı başlayacaq. Bu proqramın realizəsi Gürcüstan Silahlı Qüvvələrinin NATO standartları ilə yaxınlaşmasına səbəb olacaq”, - deyə İzoriya bildirib.
O qeyd edib ki, 1918-1920-ci illər çərçiəsində Gürcüstan Silahlı Qüvvələrində əlavə 9 batalyon yaradılacaq və onlar NATO standartları üzrə təchiz ediləcək.
Ağalar Qəribov
Ordu.az