“Azərbaycan “Olxa” YARS mərmilərinə maraq göstərir” – Mixail Jiroxov (ÖZƏL)

2018/04/630_360_1513970712-1074346_1525092394.jpg
Oxunub: 3946     20:43     30 Aprel 2018    
Ordu.az ukraynalı hərbi ekspert, məşhur hərb tarixçisi, XX əsrin lokal münaqişələrinə dair kitab və məqalələr müəllifi Mixail Jiroxovla müsahibəni təqdim edir.


- Mixail Aleksandroviç, siz Qarabağ ətrafında erməni-Azərbaycan münaqişəsinin tarixi və gedişatı ilə yaxşı tanışsınız. Buna görə də ilk növbədə fikrinizi öyrənmək istərdim – Azərbaycan və Ermənistanın hazırki hərbi potensialını necə qiymətləndirirsiniz?

- Hazırki mərhələdə Ermənistanın və Azərbaycanın hərbi potensialları sadəcə olaraq müqayisəedilməzdir. Bu, hər şeydən öncə obyektiv şərtlərlə əlaqədardır. Birincisi, demoqrafik amil öz sözünü deməyə başlayır. Dəqiq rəqəmlərə istinad etmək çətindir, lakin məsələn, 2016-cı ildə Ermənistanda çağırış yaşında (18-55) olan şəxslərin 225 min nəfər təşkil edirdi, Azərbaycanda isə bu göstərici 800 min nəfər idi. Nəticədə Azərbaycan güc strukturlarının hazırki sayı 250 min nəfərdən az deyil, Ermənistanda isə bu rəqəm yetərincə daha azdır – təxminən 50 min nəfər.

Davam edək. Maliyyə vəziyyətləri tamamilə fərqlidir. Neft qiymətlərinin qalxmasından sonra Azərbaycan özünə yeni silahlar almağa və ordunun modernləşdirilməsinə pullar ayırmağa izn verə bilir. Qiymətlər özləri danışır - bu gün Azərbaycan müdafiə sektoruna Ermənistanın bütün büdcəsinə bərabər (!) məbləğ ayıra bilir. Təcrübə göstərir ki, müasir müharibədə döyüş fəaliyyəti təminatı vasitələrində texnoloji üstünlüyə malik olan tərəf qalib gəlir. Yəni əsasən sonra 40 il ərzində artilleriya və tanklar texnoloji olaraq dəyişməyib, lakin rəqəmsal rabitə və gecə görüşü vasitələri, həmçinin istilik məsafəölçənləri ordunun zərbə imkanlarını əhəmiyyətli dərəcədə artırır. Yeri gəlmişdən, bunu 2016-cı ildə Aprel döyüşləri təcrübəsi göstərdi. Orada Azərbaycan Ordusu gecə döyüşləri çərçivəsində çox ciddi üstünlüyə malik idi. Zərbə PUA-larının uğurlu tətbiqi barədə isə ümumiyyətlə uzun müddət danışmaq olar.

Digər tərəfdən isə Ermənistan müxtəlif şərtləri əsas götürərək xarici “çətir” - Rusiya ilə örtünmək yolunu seçib. Bununla belə, ordu və ümumiyyətlə güc strukturlarına sanki əlavə bir rol verilib. Bu isə əlbəttə ki, hər şeydən öncə maliyyə resursları ilə əlaqədardır.

- Sizcə, Qarabağda döyüş fəaliyyətinin yenilənməsi ehtimalı hansı dərəcədə realdır?

- Təssüf ki, yaxın 4-5 il ərzində Qarabağda müharibənin yenilənməsindən qaçmağın qaçınılmaz olduğunu etiraf etmək lazımdır. Yenə də obyektiv səbəblərə görə. Dünya iqtisadiyyatının strukturu dəyişir və neft asta minvalla trenddən çıxır, demək ki, qiymətlər də düşəcək. Bu şərtlər altında Azərbaycanın daha yaxşı demoqrafiyası daxildən təsir edəcək.

Həmçinin əlimizi ürəyimizin üzərinə qoyub etiraf etmək lazımdır ki, indiki şərtlərdə sülh yolu üçün heç bir şans yoxdur. Axı Bakının əsas tələbi Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan ərazilərə nəzarətin geri qaytarılmasıdır. Qarşı tərəf isə təhlükəsizlik anlayışından irəli gələrək sadəcə olaraq buna razılaşa bilməz. Axı bu illər ərzində məhz qeyd edilən ərazilərə istinadən müdafiə sistemi yaradılıb və logistik planda (“həyat yolu” – Laçın dəhlizini də unutmayaq) da bu, təhlükəlidir.

- Azərbaycan və Ukrayna arasında hərbi-texniki əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq 1990-cı illərdən etibarən hər zaman çox yüksək səviyyədə olub və indi də elədir. Sirr deyil ki, Azərbaycan Ordusunun aviasya parkının böyük əksəriyyəti Ukrayna mənşəlidir. Həmçinin bizim ölkə yalnız Sovet nümunələrinin təchizatı ilə məhdudlaşmır. Belə ki, Konotopda yerləşən “Aviakon” zavodunda Cənubi Afrika Respubliaksında olan şirkətlə birgə “Mi-24 Super Hind” proqramı üzrə Mi-24 döyüş helikopterlərinin modernləşməsi həyata keçirilib, “Skif” tank əleyhinə raket komplekslərinin və bir sıra digər məhsulların təchizatı barədə məlumat var.

Təəssüf ki, 2014-cü ilin yazından sonra bəzi səbəblərə görə hərbi-texniki əməkdaşlıq demək olar ki, dayandırılıb. Burada bir sıra səbəblər var – Azərbaycan öz Silahlı Qüvvlərini müasir nəsil silahları ilə yetərincə zənginləşdirib və indi faktiki olaraq Sovet nümunəsi silahların alınmasına ehtiyac duymur. Ukraynada gedən döyüşlərə görə isə Kiyev sadəcə olaraq müasir silahları ixrac üçün təklif etmək vəziyyətində deyil. Buna görə də hazırda bizim əməkdaşlığımız Lvovdakı Aivatəmir Zavodunda MiQ-29-ların təmiri ilə məhdudlaşır. Lakin mən əminəm ki, bu, müvəqqətidir – Azərbaycan hərbçiləri BTR-4MV zirehli maşınına, “Smerç” – “Olxa” reaktiv yaylım atəşi sistemləri üçün idarəolunmayan mərmilərə, “Kolçuqa” sistemlərinə, “Luç” istesalı olan tank əleyhinə raketlərə və bir çox digər vasitələrə maraq göstərdiklərini bildiriblər.

- Siz “Olxa”dan bəhs etdiniz. Bu sistem haqqında nə demək olar? Bakının onu Kiyevdən almasnı mümkündürmü? O, Qarabağda döyüş fəaliyyəti teatrında hansı praktiki əhəmiyyətə malik olacaq?

- “Olxa” MAZ-543-ün bazasında “Smerç” reaktiv yaylım atəşi sistemlərinin atəş qurğusundan buraxılan 300 millimetr kalibrlik raketdir. Reaktiv mərmi qaz dinamik sükanları vasitəsilə uçuşun bütün traetkoriyası boyunca idarə edilir və GPS siqnalı üzrə uçuş traektoriyası zamanı tuşlanması mümkündür. Yeni idarəetmə sistemi, raket yanacağı və döyüş hissələri də daxil olmaqla “Olxa”nın istehsalında istifadə edilən bütün tərkib hissələri millidir.

Layihənin xüsusi hissəsini “Dnepr” raket daşıcıyısının konstruksiyasında istifadə edilən və həmçinin “İsgəndər” operativ-taktiki raket-komplekslərində istifadə olunan “Arsenal” konstruktor bürosunda istehsal edilən lazer qireskopudur. Onun istifadəsi raketin yayınmasını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir, belə ki, “Smerç” raketləri inyersial tuşlama sistemi hədəfə 50 metr yayınma ilə düşür, GPS istifadə edildikdə bu, 7 metrə düşür, “Olxa”da isə 5 metrə.

“Smerç”ə istinad edərək demək olar ki, raketin çəkisi 800-900 kiloqram təşkil edir, bununla belə 250 kiloqramadək çəkisi olan iki tip döyüş başlığının – qəlpə-fuqas və ya kasset formasında istifadə etmək mümkündür.

Sistemin xüsusiyyətləri barədə məlumatın gizli olmasına baxmayaraq, açıq mənbələrdə raketin 170 kilometr məsafədə yerləşən hədəfləri vura bilməsinə dair rəsmi şəkildə təsdiq olunmamış məlumat səsləndirilib.

Azərbaycan “Olxa”ların alınmasına böyük maraq göstərir. Həmçinin layihənin bir hissəsi Türkiyə tərəfindən maliyyələşdirilib. Raketlər də Türkiyə avadanlıqları ilə istehsal edilir. Bilavasitə alışların, yoxsa lisenziyanın alınması isə müzakirə üçün açıq mövzudur. Böyük ehtimalla hər şey raketlərin Ukraynada kütləvi istehsalının başlanmasından sonra həll ediləcək.

“Smerç” (rəsmi məlumatlara görə, onların sayı Azərbaycanda 30-dur) reaktiv yaylım atəşi sistemlərinin belə raketlərin buraxılması üçün istifadə edilməsi “qiymət-effektivlik” münasibəti üzrə çox effektivdir. Belə ki, bir maşının 12 raketdən ibarət (indiki halda “Smerç” RYAS-larının tətniq edilməsi ilə) yaylım atəşi açması, məsələn, rəqibin HHM qoşunları diviziyası mövqelərini, rabitə qovşağını, sahə qərargahı və ya döyüş sursatları anbarını məhv etmək üçün zəmanət verir. Göründüyü kimi, belə raketlərin hər şeydən öncə atəşin dəqiqliyinin qiymətləndirildiyi dağlıq ərazilərdə tətbiqi xüsusilə böyük əhəmiyyətə malik olacaq.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-Azərbaycan   Olxa  


Bizi "telegram"da izləyin