Ermənistan MN-də saxta diplom qalmaqalının gizlinləri açılır

2018/04/566456_1525084001.jpg
Oxunub: 1891     18:25     30 Aprel 2018    
Ermənistan müdafiə nazirliyində, xüsusən də hərbi hissələrdə vəzifəyə təyin olunmaq məqsədilə saxta diplom təqdim edilməsi işi davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ildə xidmətdə irəliləyişlərə nail olmaqla zabit vəzifəsinə təyinat almaq üçün İrəvan dövlət memarlıq universitetinin Gümrü bölməsini bitirdiyinə dair notariat qaydada təsdiq edilmiş diplomun nüsxəsini təqdim edən Ermənistan ordusunun hərbi hissələrindən birində yeməkxana rəisi-aşbaz olan Artak Manukyana qarşı cinayət işi qaldırılıb.

Ona qarşı rəsmi sənədi saxtalaşdırma ittihamı irəli sürülüb. Onun barəsində Lori məhkəməsində araşdırma aparılır.

Qeyd edək ki, bu saxta diplomla Ermənistan müdafiə nazirliyində vəzifəyə təyin olunmaq üzrə ilk hal deyil.

Məlumata görə, Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edən komendant xidmətinin baş əsgəri Qeğam Badalyan 800 dollar müqabilində İrəvan dövlət memarlıq universitetinin Gümrü bölməsinin saxta diplomunu əldə edib. O, notariat qaydada təsdiq edilmiş nüsxəsini hərbi hissənin kadrlar şöbəsinə təqdim etməklə, müvafiq imtahanları verdikdən sonra ilk hərbi rütbə “leytenant” hərbi rütbəsinə layiq görülüb. Hərbi rütbə aldıqdan sonra hərbi hissələrdən birində mühəndis istehkam bölüyünün mühəndis texnikaları taqım komandiri təyin edilib.

Başqa bir fakt isə Stepanavan şəhərinin şəxsiyyət vəsiqəsi və vizalar bölməsində qeydə alınıb. Bölmənin mütəxəssisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Ermənistanda olmayan şəxsi qeydiyyata almaqla, ona şəxsiyyət vəsiqəsi verib.

Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılmaqla, araşdırmalar davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Saxta-diplom  


Bizi "telegram"da izləyin