Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təlimlərin gedişatını Ermənistan müdafiə naziri vəzifələrini icra edən Vigen Sarkisyan, baş qərargah rəisi general-polkovnik Movses Hakopyan və general-leytenant Levon Mnatsakanyan izləyib.
Təlimin məqsədinin hərbi texnikanın modernləşdirilməsi proqramı çərçivəsində əldə edilən yeni, müasir texnika və vasitələrinin sınaqdan keçirilməsi olduğu bildirilir.
Vigen Sarkisyan Zəngəzur qarnizon hospitalında da müşavirə keçirərək, bəzi xəstəxana və hospitalların birləşdirilməsi məsələləri barədə müzakirələr aparıb.
Alpər Mövludoğlu
Ordu.az