Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell bəyan edib.
O, bu barədə Tiflisdə ABŞ diplomatlarının Gürcüstan hökumətinin rəhbəri Georgi Kvirikaşvili ilə görüşü barədə bəhs edərkən bildirib.
“ABŞ Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir. Görüş çox məhsuldar və konstruktiv alındı. ABŞ üçün Gürcüstanı dəstəkləmək vacibdir”, - deyə Mitçell vurğulayıb.
Ağalar Qəribov
Ordu.az