Zakir Həsənov Çinin müasir döyüş texnikaları ilə tanış olub

2018/04/435_1524987489.jpg
Oxunub: 2460     14:16     29 Aprel 2018    
Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra Müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Çin   Zakir-Həsənov  


Bizi "telegram"da izləyin