Türkiyə və ABŞ Münbicdə birgə əməliyyatlar barədə razılığa gəlib

2018/04/54646_1524906231.jpg
Oxunub: 3405     16:44     28 Aprel 2018    
“Türkiyədə ABŞ-ın “Patriot” sistemlərinin alınması barədə sərfəli təklif müzakirə olunur”.

Ordu.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra bəyan edib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə ABŞ-dan “Patriot” və Qərb müttəfiqlərindən digər hava hücumundan müdafiə komplekslərinin alınması üzrə səmərəli təklifləri müzakirə edəcək.

“Həmçinin ABŞ və Türkiyənin Suriyanın Münbic şəhərində birgə əməliyyatlar keçirməsini də müzakirə etdik. Bu modeli Suriyanın digər ərazilərində də istifadə edə bilərik”, - deyə Çavuşoğlu bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ABŞ   Münbic  


Bizi "telegram"da izləyin