Ermənistanda çağırışçıdan 7000 ABŞ dolları rüşvət alıblar

2018/04/435345_1521006388_1524842777.jpg
Oxunub: 2848     23:41     27 Aprel 2018    
Ermənistanda çağırışçıdan 7000 ABŞ dollar rüşvət alaraq onu aldadıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin N saylı hərbi hissəsində xidmət keçməsinə yardım edəcəyini vəd edən şəxs çağırışçıdan 7000 min dollar rüşvət alıb.

Fakt üzrə açılan cinayət işi materiallarında qeyd olunur ki, 2016-cı ildə H. Sağatelyan adlı çağırışçının hərbi xidmətə yollanacağından xəbər tutan Armen Nersisyan aldatma yolu ilə ondan 7000 ABŞ dolları alaraq mənimsəyib.

Sağatelyanın öz yaşayış məntəqəsinə yaxın hərbi hissələrdən birində xidmət etməsini istədiyini eşidən Nersisyan, çağırışçı Sağatelyana bu məsələdə kömək edə biləcəyini vəd edərək, ondan əldə etdiyi məbləği mənimsəyib.

Hazırda Nersisyan həbs edilib. Faktla bağlı araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rüşvət  


Bizi "telegram"da izləyin