MSN: ADEX-2018 sərgisinin təşkili istiqamətində işlər aparılır

2018/04/image42_az_201708141345333454_1513574994_1524818048.jpg
Oxunub: 2520     16:32     27 Aprel 2018    
Müdafiə Sənayesi Nazirliyi tərəfindən üçüncü Azərbaycan beynəlxalq müdafiə sərgisinin (ADEX-2018) yüksək səviyyədə təşkili istiqamətində müvafiq işlər aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Kollegiyada cari ilin sentyabrında Bakıda keçiriləcək “ADEX-2018” beynəlxalq müdafiə sərgisi ilə bağlı aparılan işlərdən də danışılıb.

Bildirilib ki, bununla bağlı xarici ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılır və təşkilati işlər hayata keçirilir. Eyni zamanda, “ADEX-2018” sərgsində Azərbaycan istehsalı olan yeni müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsi üçün nazirliyin müəssələrində müvafiq işlər görülür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADEX-2018   MSN  


Bizi "telegram"da izləyin