MSN-nin məhsulları Fransada nümayiş ediləcək

2018/04/1494487150_51b1dbf2-192a-4e8b-9ced-92bbe1e82e79768768_1513574066_1524817837.jpg
Oxunub: 2670     16:28     27 Aprel 2018    
Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar Fransada nümayiş ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin iyununda Fransada keçiriləcək beynəlxalaq müdafiə və təhlükəsizlik sərgisində ("EUROSATORY-2018”) iştirak edəcək. “EUROSATORY-2018” sərgisinə ilk dəfə qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 268 adda məmulat nümayiş etdirəcək. Sərgidə bir neçə adda yeni növ müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN   Fransa  


Bizi "telegram"da izləyin