Ordu.az xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında çıxış edən nazir Yavər Camalov bildirilib.
Onun sözlərinə görə, aparılacaq işlər 181 mərhələni əhatə edəcək: “Yaradılması nəzərdə tutlan məmulatlardan xüsusi təyinatlı hücum pulemyotunu, müxtəlif millimetrlik avtomat silahları, iri çaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan komplesini, lüləaltı qumbaraatanını və snayper tüfəngləri üçün optik nişangahları göstərmək olar”.
Camalov qeyd edib ki, hesabat dövründə yeni müdafiə təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən dövlət sifarişi xətti ilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla davam etdirilib.
“2018-ci ilin birinci rübündə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib”, - deyə nazir bildirib.
Ordu.az