Ölkəmizdə istehsal olunan müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb

2018/04/04f17778aa8c3e540302082f05a82ade34534_1524817414.jpg
Oxunub: 4529     16:16     27 Aprel 2018    
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2018-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə istehsal olunan məhsulun 89 faizini müdafiə və xüsusi təyinatlı, 11 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb. İstehsal olunan məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN   Müdafiə-məmulatları  


Bizi "telegram"da izləyin