Ordu.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, o, burada NATO və Gürcüstan arasında əməkdaşlığa dair müzakirələr aparacaq.
Alyansan yüksək səlahiyyətli nümayəndəsi ölkənin Müdafiə naziri Levan İzoria, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini polkovnik Nikoloz Cancqava və digər hərbi komandirlər tərəfindən qəbul edilib.
Səfər proqramına uyğun olaraq Broeks Gürcüstan və NATO-nun Birgə Təlim və Qiymətləndirmə Mərkəzində də olub və mərkəzin rəhbəri polkovnik Qriqor Tçelidze ilə görüş keçirib. Tçelidze Broeksi gələn il baş tutacaq NATO-Gürcüstan birgə hərbi təlimlərinə hazırlıqla bağlı məlumatlandırıb.
Ağalar Ağalarlı
Ordu.az