“KADEX-2018”də Azərbaycan MN-nin nümayəndələri də iştirak edəcək

2018/04/201804261204163456_1524752922.jpg
Oxunub: 4278     23:00     26 Aprel 2018    
Mayın 23-dən 26-dək Astanada keçiriləcək “KADEX-2018” səgisində Azərbaycan müdafiə nazirliyinin rəsmi nümayəndə heyəti də daxil olmaqla 21 ölkənin müdafiə nazirliyinin nümayəndələri iştirak edəcək.

Ordu.az “Kazinform” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə və Aerokomsik Sənayesi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu anadək Rusiya, Türkiyə, İran, Belarus, İran, BƏƏ, İordaniya kimi ölkələrin müdafiə nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin sərgidə iştirakı təsdiqlənib. Azərbaycan, Misir, İtaliya, Monqolistan, İsrail, həmçinin 98 xarici şirkət rəhbərləri sərgidə nümayəndə heyəti ilə təmsil olunacaq.

Sərgidə 26 ölkədən (Rusiya, Çin, ABŞ, İtaliya, Belarus, Hindistan, Hollandiya, İspaniya, İsrail, Bolqarıstan, Braziliya və s.) olan 294 şirkət öz müdafiə məhsullarını təqdim edəcək.

Sərgi Astana Beynəlxalq Hava Limanının ərazisində mayın 23-dən 26-dək keçiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KADEX-2018   Sərgi  


Bizi "telegram"da izləyin