Rusiyalı ekspert: “Bakı Çindən hücum xarakterli silahların alınmasına ehtiyac duyur” - ÖZƏL

2018/04/345345_1524747467.jpg
Oxunub: 3822     20:54     26 Aprel 2018    
“Azərbaycan ona uzunmüddətli suverenlik və regional və beynəlxalq təhlükəsizlik məsələləri də daxil olmaqla beynəlxalq məsələlərdə sərbəstliyi təmin edəcək müttəfiqlərin axtarışını davam etdirir. Son zamanlarda rəsmi Bakı rəsmi İslamabadla hərbi-texniki əməkdaşlığa başlayıb. Lakin Pakistanın silah və texnikasının inkişafında böyük rolu məhz Çin amilinin oynadığını nəzərə alaraq Azərbaycan da Çinlə yaxınlaşmaya gedir”.

Bu barədə Ordu.az müxbiri ilə söhbət çərçivəsində rusiyalı hərbi politoloq, Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perendciyev Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çinə bu gün başlayan rəsmi səfərini şərh edərkən bildirib.


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti Azərbaycan Ordusunun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq.

“Öz növbəsində Çin Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlıq mövqeyindən çıxış edir və hər şeydən öncə bunu Rusiya ilə aktiv hərbi-texniki əməkdaşlıq həyata keçirən dövlətlə əməkdaşlıq kimi qiymətləndirir. Yəni hər iki dövlət Rusiya silah və texnikasının aktiv alıcılarıdır və rəsmi Bakı və Pekin arasında bu məsələləri razılaşdırmağın zəruri olduğu zamanın yetişməsi mümkündür.

Azərbaycan qeyd-şərtsiz olaraq hücum xarakterli silah və texnikaların alınmasına ehtiyac duyur. Rəsmi Bakı Çinin hərbi-texniki əməkdaşlıq həyata keçirmədiyi ölklərdən silah almasında ortaq rolunda çıxış edə bilər”, - deyə A. Perendciyev bildirib.

O cümlədən müsahibimizin özlərinə görə, rəsmi Moskvada Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı ilə bağlı hər hansı çıxış və ya təhlükənin olması barədə düşünmür.

“Hesab edirəm ki, hər şey tamamilə əksinədir. Rəsmi Moskva dünya silah və texnika bazarında öz fəaliyyətini həyata keçirməklə belə əməkdaşlıqdan beynəlxalq siyasətdə ciddi üstünlüklər əldə edə bilər. Rəsmi Mosvanın Çinin Müstəqil Dövlətlər Birliyinin digər ölkələri ilə əməkdaşlığına görə də narahatlığı azdır. Əgər bu dövlətlər Rusiyanın hərbi və siyasi müttəfiqləri deyillərsə, bir qayda olaraq rəsmi paytaxtlar Qərbyönümlü marionet siyasət həyata keçirirlər. Çin isə belə ölkələrlə əməkdaşlığı o qədər də sevmir.

Əgər MDB ölkələri Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və digər sahələr üzrə müttəfiqidirsə, onların rəsmi Pekinlə əməkdaşlığı Rusiya üçün yalnız faydalıdır. Bu, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Çinlə əməkdaşlığı yalnız yaxşılaşdırır. Yeri gəlmişkən, rəsmi Bakının tezliklə Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmağa dair zərurət hiss etməsi qənaətinə gələcəyini də istisna etmirəm”, - deyə Perendciyev açıqlayıb.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-Azərbaycan   Hücum-silahları  


Bizi "telegram"da izləyin