Əsl qardaş: Türkiyə müdafiə sənayesinin Azərbaycan Ordusunun gücləndirilməsinə yatırımı

2018/04/1_1524733917.jpg
Oxunub: 3914     17:22     26 Aprel 2018    
Türkiyə Azərbaycan üçün xüsusi ölkədir. Bu ölkədə olan hər bir azərbaycanlı Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir milli iki dövlətdir” sözlərinin doğruluğuna şəxsən əmin ola bilərdi. Türkiyə xalqı və dövləti hər zaman Azərbaycanın yanında olub və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevinzimiz, kədəri bizim kədərimizdir” sözlər bunu sübut edir.

Məsələn, 1918-ci ildə Türkiyə ordusunun Nuru Paşanın komandanlığı altında Bakını daşnaklardan azad etməyə yardım göstərməsi və ya 90-cı illərin əvvəllərində - Azərbaycanın müstəqil dövlət kimi ən çətin anlarında Heydər Əliyevin Türkiyə ilə möhkəm əlaqələr yaratmasını, iki ölkənin qardaş əməkdaşlığı sayəsində Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars kimi layihələrin imzalanmasını, imzalanması nəzərdə tutulan TANAP layihəsini və s. xatırlayaq. Hələ çox nümunələr göstərmək olar, lakin bütün bu sübutlar yalnız bir şeyi – Azərbaycan və Türkiyə qardaş əlaqələrinin yüksək səviyyəsini təsdiqləyəcək.

Təsadüfi deyil ki, yenidən prezident seçildikdən sonra İlham Əliyev ilk səfərini məhz Türkiyəyə etdi. Prezidentin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü çərçivəsində hərbi əməkdaşlıq məsələsi də qaldırılıb.

“Müdafiə sahəsində birgə hərbi təlimlər, təhqiqatlar aparılır. Türkiyənin inkiaşf etmiş müdafiə sənayesi var. Biz Ordumuzun gücünü Türkiyə məhsullarının yardımı ilə də artırırıq. Türkiyədə istehsal edilən müdafiə məhsulları ən yüsək standartlara cavab verir”, - deyə İlham Əliyev bildirib.

Heç şübhəsiz prezidentin sözləri özündə Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın yeni mərhələsinin başlanmasını ifadə edir. Lakin burada qeyd etmək vacibdir ki, əməkdaşlıq dünən yox, 90-cı illərdən başlayıb. Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişi və prezident Süleyman Dəmirəllə şəxsi yaxın münasibətləri Azərbaycan Ordusunun güclənməsi üzərində birgə işlərə imkan verdi. Bu əməkdaşlıq bizim zabit, mütəxəssis, pilot və takçılarımızın Türkiyədə tədrisinin başlanmasına, hərbi texnika təchizatı, avadanlıqlar və bir çox digər məsələlərdə köməyimiz oldu.

İllər ötdü və ikitərəfli əməkdaşlığın o zaman qoyulan toxumları artıq uzun illərdir ki, öz bəhrəsini verir. Azərbaycan Ordusu regionda ən güclüdür, Türkiyə isə onun gücünün daha da artması üçün hər şey edir. Bunun yollarından biri artıq Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin ənənəvi birgə təimləri, həmçinin Ordu və donanmanın təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olan müxtəlif zabit kurslarıdır.

Müdafiə sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri də Azərbaycan və Türkiyə arasında mövcud hərbi-texniki əməkdaşlıqdır. Qeyd etmək lazımdır ki, Türkiyənin Azərbaycan Ordusunun güclənməsinə yatırımı həqiqətən qiymətsizdir. Türkiyə ökəmizi müasir və güclü silah növləri ilə təchiz edib, həmçinin Azərbaycan Ordusunun mexanikləşdirilməsinin yüksəldilməsi üçün böyük səylər göstərib. Türkiyəli qardaşlarımız ölkəmizi rəqibi 100-180 kilometr məsafədə məhv etməyə imkan verən T-300 “Qasırğa”, ROKETSAN T-122/300, T-122 “Sakarya” və T-107 “Boran” reaktiv yaylım atəşi sistemləri ilə təchiz edib. Onların reaktiv mərmiləri fuqas-qəlpələr və yandırıcı döüş başlıqları ilə təchiz edilib və yüngül zirehli hədəflərin və rəqibin canlı qüvvəsinin məhvi üçün nəzərdə tutulub. RYAS-ların özləri müasir atəşin idarəetməsi sisteminə malikdir.

Azərbaycan Ordusunun mexanikləşdirilməsində Türkiyənin “Kobra” kimi nəzarət, nəqliyyat və kəşfiyyat maşınları da böyük rol oynayır. Türkiyənin hərbi mütəxəssislərin hazırlığına köməyi də çox aydındır – Qərb metodikası nəticəsində minlərlə azərbaycanlı zabit hazırlanıb. Həmçinin qeyd etmək lazımdır ki, Türkiyə Ordusu Azərbaycana yalnız nəzəri deyil, praktiki, döyüş təcrübəsi qazandırır. Türkiyə ordusu NATO-da gücünə görə ikincidir və Türkiyənin cənub-şərqi və Afrində terrorçulara, həmçinin İŞİD terrorçularına qarşı mügaribə təcrübəsinə malikdir. Türkiyə öz ordusunda və döyüşlərdə əldə edilən təcrübəni uğurla tətbiq edir.

Lakin təkrarlamaq istəyirəm ki, ən yaxın zamanlarda biz Türkiyə ilə hərbi əməkdaşlığın daha da möhkəmləndiyini görəcəyik. Axı Prezident İlham Əliyevin “Biz Ordumuzun gücünü Türkiyə məhsullarının vasitəsilə artırırıq. Bu gün biz bu istiqamətdə atılan addımların möhkəmləndirilməsi barədə razılıq əldə etdik. Türkiyədə istehsal edilən müdafiə məhsulları ən yüksək standartlara uyğundur” sözləri çox şeydən xəbər verir. Şübhəsiz, ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Son illər ərzində Türkiyə tərəfi müdafiə sənayesində, xüsusilə də texnoloji və elmi sahələrdə böyük uğurlara imza atır. Bu, xüsusilə İraliyanın “Agusta Westland” şirkətinin lisenziyası üzrə A-129 “Mangusta” helikopteri əsasında T-129 ATAK zərbə helikopterərinin istehsal edilməsinə aiddir. O, yeni mühərrik, ASELSAN-dan yeni növ aşkarlayıcı kompleksi, yeni avionika, güclü raket-top silahlanması, uçuş məsafəsi və yüksəklik xarakteristikalarının artırılması ilə diqqəti cəlb edir.

Türkiyənin öz “quru qoşunları linkoru” istehsalı üzrə böyük plaları var. Belə ki, bu günlərdə Türkiyənin “Altay” tanklarının seriyalı istehsalı üzrə tenderin qalibləri də açıqlanıb. Tanklar “Otomotiv” şirkəti tərəfindən istehsal edilir. Həmçinin şəxsi qırıcıların istehsalı barədə məsələ də müzakirə müzakirə edilir.

Bütün bunları Türkiyənin yaxın ilər ərzində dünya silah bazarında öz möhkəm mövqeyini formalaşdırmasını sübut edir. Təbii olaraq ilk növbədə Türkiyə öz ən müasir silahlarını Azərbaycana təqdim edəcək. Bu, Türkiyənin Azərbaycan Ordusunun inkişafı və gücləndirilməsinə qiymətsiz yatırım etmiş, edən və edəcək əsl qardaş və strateji müttəfiq olduğunu yenidən təsdiq edir.

Teymur Məmmədov
Ordu.az

Teqlər: Türkiyə-Azərbaycan   İttifaq   MMS   Müdafiə-sənayesi  

Əsl qardaş: Türkiyə müdafiə sənayesinin Azərbaycan Ordusunun gücləndirilməsinə yatırımı

2018/04/1_1524733917.jpg
Oxunub: 3915     17:22     26 Aprel 2018    