Sefilyandan etirazçılara müraciət: "Respublikaçılar cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2018/04/3456_1524732207.jpg
Oxunub: 965     16:41     26 Aprel 2018    
Ermənistanda həbsdə olan siyasi məhbuslar, keçmiş döyüşçülər - Jirayr Sefilyan və "Sasna Tsrer" qruplaşmasının üzvləri - Armavir cəzaçəkmə müəssisəsindən bütün erməni nümayişçilərə və gənclərə müraciət ünvanlayıblar.

Ordu.az sözügedən müraciəti təqdim edir:

"Hörmətli gənclər, həmvətənlər və xaricdən gələnlər.

Mülki Sardarapat qarşıdurması mərhələsi sona yaxınlaşır.

Erməni xalqı, Ermənistan vətəndaşı qalib gəlir.

Ancaq müharibə hələ üzün zaman davam edəcək.

Müharibədə qalib olmaq üçün siz gərək mübarizə içində olasınız və Rusiya imperiyasından xilas olaraq, milli-vətəndaş suveren dövlət qurmaq məqsədilə bu mübarizəni daha geniş şəkildə irəli çəkəsiniz. Bu müharibənin indiki mərhəllədə olan təyinatıdır.

Bu yanaşmadan ayrılmamaq və nəticə əldə etmək üçün, siz imperiya sisteminin tərkibi və ayrı-ayrı nümayəndələrinə təzyiq göstərməyi, onların tam zərərsizləşdirilməsi, revanş götürmə təhlükəsini neytrallaşdıranadək mübarizəni davam etməlisiniz.

Bunun üçün məsələn, hakim respublikaçılar partiyasının və onun rəhbər nümayəndələrinin qarşıdakı növbədənkənar seçkilərdə iştirakının qarşısı alınmalıdır.

Respublikaçılar partiyasının fəaliyyəti qadağan edilməli, əməkdaşlıq cinayət əməli hesab olunaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bundan başqa qərar qəbul edən bütün kateqoriyadan olan keçmiş rejimə xidmət etmiş vəzifəli şəxslər, xadimlər, dövlət idaretməsi və yerli idarəetmə orqanlarında fəaliyyət göstərməkdən ömürlük mərhum edilməlidirlər.

Bu tədbirlər revanş götürülməsinin qarşısını alan və azad seçkilərin keçirilməsinə nail olmaq üçün, imperiya qalıqlarının təmizlənməsinə zəruri olan əsas tədbirlərdir.
Xaricdə yaşayan gənclər:

Ermənistana qayıdaraq, ölkəyə sahib çıxmağınız alqışa layiq hərəkətdir.
Xaricdən geri Ermənistana gənclərin axının davam etməsi, güclənmə, azadlıq mübarizəsinin tərkibi və dövlət quruculuğu üçün çox vacibdir.

Dərk edin, yorulmaq, ruhdan düşmək olmaz, məqsədyünlü olun və hüquqlarınıza sahib çıxın. Ölkənin sahibi sizsiniz".

Jirayr Sefilyan və Varujan Avetisyan (Sasna Tsrer adından)
25 aprel 2018 Armavir cəzaçəkmə müəssisəsi
Ordu.az

Teqlər:

Sefilyandan etirazçılara müraciət: "Respublikaçılar cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2018/04/3456_1524732207.jpg
Oxunub: 966     16:41     26 Aprel 2018    