Ermənistan MN daha bir əsgərin müalicəsindən imtina etdi - Ailəsi pul dilənir

2018/04/31144034_449416935512490_5821920963806726556_n456_1524730371.jpg
Oxunub: 2198     12:10     26 Aprel 2018    
Ermənistan müdafiə nazirliyi daha bir erməni əsgərindən imtina edib.

Ordu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Mikayel adlı erməni əsgəri hərbi xidmətdə xəstələnsə də hərbi hospitalda müalicəsi tam təşkil edilməyib.

Məlumata görə, İrəvandakı "Muratsan" hərbi hospitalına yerləşdirilən erməni əsgərinin xəstəliyinə dair bir şey müəyyən edilə bilmədikdən sonra, onu Nork Maraşdakı infeksiya şöbəsinə təxliyyə edib və 40 gün müalicədən sonra qeyri-müəyyən vəziyyətdə geri hərbi hospitala göndəriblər. Üzün süründürməçilikdən sonra, o, Hematoloji mərkəzə göndərilib.

Burada da dəqiq diaqnoz müəyyən edə bilməyən həkimlər onu "Armenia" tibb mərkəzinə təxliyyə ediblər. Hazırda ciddi müalicəyə ehtiyacı olan ailə maddi çətinliklər ucbatından ianə toplamaq üçün sosial şəbəkələr vasitəsilə müraciət ünvanlayıb.

Kasıb ailədən olan xəstə erməni əsgərinin müalicəsinə Ermənistan müdafiə nazirliyi tərəfindən diqqət yetirilmir. Onun digər qardaşının işğal altında olan Qarabağda qanunsuz hərbi hissələrindən birində xidmət etdiyi bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Xəstə-əsgərlər  

Xəbər lenti

Ermənistan MN daha bir əsgərin müalicəsindən imtina etdi - Ailəsi pul dilənir

2018/04/31144034_449416935512490_5821920963806726556_n456_1524730371.jpg
Oxunub: 2199     12:10     26 Aprel 2018    