Vigen Sarkisyan müharibə elan edib: Qarşıdurmalar davam edir

2018/04/567_1523606452.jpg
Oxunub: 2400     16:59     13 Aprel 2018    
Ermənistan müdafiə nazirliyi ilə bəzi təminat şirkətləri arasında qarşıdurmalar davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vigen Sarkisyan, müdafiə naziri təyin edildikdən sonra tərəddüd etmədən şirkətləri və təchizatçıları cinayətkar kimi görərək, onlara qarşı müharibə elan edib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyi tərəfindən çox vaxt peşəkar şirkətlər hədəf seçilir.

Bildirilir ki, müdafiə nazirliyinə hərbi alt paltarları təmin edən "Qevgrup" şirkəti Rəqabət Komissiyası tərəfindən müsabiqədə qazanma hüququndan mərhum edilməsi işinin bərpa edilməsi ümidi ilə məhkəməyə müraciət edib. Komissiyanın rəyinə görə, şirkətin müsabiqədə iştirak etməsindən imtina olunması, tender komissiyası katibinin səhvi nəticəsində baş verib.

Maraqlıdır ki, şikayət şurası şirkətin müraciətini əsas olmadan rədd edib. Şuranın bu müraciəti ləğv etməsi üçün müdaxilələr edildiyinə dair faktların mövcud olduğu bildirilir. Şirkət rəhbərliyinin ümidi yalnız məhkəmə qərarına qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Korrupsiya   Qalmaqal   Vigen-Sarkisyan  


Bizi "telegram"da izləyin