“Rusiya silahının Azərbaycana satılması 2016-cı ilin aprel ayında əldə olunan razılaşmaların həyata keçirilməsi idi. Biz hər şeyi başa düşürük, vəziyyət partlayış təhlükəsinə malikdir və 2016-cı ilin aprel hadisələri bu dəhşətli hadisələrin daha bir sübutudur. Rusiya 2016-cı ilin aprel ayında imzalanan müqavilələri yerinə yetirir və biz bunu müqavilələrin öhdəliklərinə uyğun olaraq etməyə məcburuq. Lakin məndə olan məlumata görə, bu anadək mövcud olan vəziyyət bundan sonra böyük miqyasda həyata keçirilməyəcək. Təbii ki, biz 2016-cı ilin aprel ayında baş verən hadisələrə reaksiya göstəririk. Buna dair heç bir şübhə olmamalıdır”, - deyə Kosaçyev qeyd edib.
Bu bəyanatın arxasında nə dayanır? Qəbul edən tərəfə hörmət, yosa Rusiya silahının ixracının Ermənistanın xeyrinə əhmiyyətli dərəcədə dəyişilməsi?
Ordu.az redaksiyası bu və digər suallarına cavab verməyi məşhur rusiyalı siyasi analitik Oleq Kuznetsovdan xahiş edib.
Kuznetsovun sözlərinə görə, Rusiyada heç kəs üçün sirr deyil ki, Federasiya Şurası qanunverici hakimiyyətinin orqanı kimi ənənəvi olaraq ermənimeylli mövqelərdə dayanır, onun rəhbəri isə Rusiya hökumətinin dəhlizlərində erməni maraqlarının əsas lobbiçilərindən biridir.
“Bundan sonra işsiz qala biləcək məlumatın mənbələrini açıqlamamaq üçün konkret nümunələr gətirməyəcəm, lakin onlar var, bu səbəbdən mən bu fakta tam məsuliyyətlə istiand edə bilərəm. Bu səbəbdən senator Konstantin Kosaçyevin İrəvanda dediklərində təəccübləndirici heç nə yoxdur. O sadəcə olaraq başqa nə isə deyə bilməzdi, əks təqdirdə Federasiya Şurasının rəhbərliyi ilə münaqişə baş verə və onun siyasi karyerası bitə bilərdi”, - deyə Kuznetsov bildirib.
Onun sözlərinə görə, Rusiya silahının beynəlxalq silah bazarlarında ticarət qaydaları barədə təsəvvürə malik istənilən sağlam təfəkkürlü insan anlamalıdır ki, Kosaçyev İrəvanda bəyanat verərkən açıq-aşkar yalan danışırdı. Rusiya müdafiə sənayesi kompleksinin xaricə bütün silah ixracı dövlət monopolisti – “Rosoboroneksport” tərəfindən həyata keçirilir. Bu şirkət Rusiya hökumətinə tabedir və baş nazirin müavini Dmitri Roqozinin kurasiyasındadır.
“Rusiya və onun məhsullarının idxalçıları arasında isə silah ixracı hüquqi müstəvidə hökumətlərarası müqavilələrlə tənzimlənir. Rusiya silahının ixracı ilə bağlı başqa bir qayda mövcud deyil. Gördüyümüz kimi, bu sxemdə Federasiya Şurası və ya senatorlardan kiminsə siyasi mövqeyi nəzərə alınmır, onların beynəlxalq silah ticarətinə dair fikirləri isə hökumət tərəfindən diqqətə alınmır.
Bu səbəbdən Konstantin Kosaçyev İrəvanda ikən istənilən normal və təcrübəçi siyasətçi kimi ondan eşidilməsi istənilənləri dedi. Lakin başa düşmək lazımdır ki, onun dedikləri yalnız şəxsi fikirləridir, bu heç bir şəkidlə Rusiya hökuməti və “Rosoboroneksport”un mövqeyinə təsir etmir. Rusiya hazərda sadəcə dünya bazarlarında silah ixracını genişləndirmir, bunu iqtisadi intervensiyaya yönələrək həyata keçirir, bu sə dövlət siyasəti tərəfindən dövriyyəyə alınan qaydadır.
Türkiyə, Səudiyə Ərəbistanı, İndoneziya Rusiya silahı almağa başladı, cəmi 5 il öncə belə bir şey yox idi. Təbii ki, bu şərtlərdə mənim ölkəm hətta daha öncə qazanılan bazarlarda da mövqeyini itirməyəcək. Azərbaycan da məhz bu ölkələrə aiddir. Bu səbəbdən Rusiyanın bu məsələdə siyasi mövqeyinin Ermənistanın xeyrinə dəyişəcəyini düşünmək üçün azacıq belə əsas yoxdur”, - deyə O. Kuznetsov bildirib.
Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az