"Ermənistan silahlanma üçün Rusiyadan “böyük bonuslar” əldə edir" - Konovalov

2018/03/118_1521041738.jpg
Oxunub: 1214     19:35     14 Mart 2018    
"Ermənistan Rusiyadan “böyük bonuslar” əldə etdiyinə görə, gələcəkdə də rus silahlarına üstünlük verəcək".

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İvan Konovalov "Rusarminfo" saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi silah bazarını şaxələndirməyə yönəlmiş ciddi addımlar atır, eyni hərəkətlər Ermənistan tərəfindən də edilir.

Ekspert, Azərbaycanın Ermənistanla müqayisədə böyük maliyyə resurslarına sahib olduğuna görə müxtəlif ölkələrdən silah aldığını qeyd edib: "Ermənistan Rusiyadan “böyük bonuslar” əldə etdiyinə görə, gələcəkdə də rus silahlarına üstünlük verəcək".

Xatırladaq ki, 2013-2017-ci illər ərzində beynəlxalq silah alveri haqqında Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) nəşr etdiyi hesabatda bildirilir ki, son iki ildə Ermənistan 124 milyon dollar dəyərində silah idxal edib. Eyni dövrdə Azərbaycan 551 milyon dollar dəyərində silah idxal edib. Hesabata əsasən Ermənistan silahların 100%-ni Rusiyadan, Azərbaycan isə Rusiya, İsrail, Çexiya və Slovakiyadan və digər dövlətlərdən idxal edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Rusiya   İvan-Konovalov  

Xəbər lenti

"Ermənistan silahlanma üçün Rusiyadan “böyük bonuslar” əldə edir" - Konovalov

2018/03/118_1521041738.jpg
Oxunub: 1215     19:35     14 Mart 2018    