Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nəticədə Ermənistan hüquq mühafizə orqanları Sefilyana qarşı ciddi nəzarət rejiminə keçib.
Məlumata görə, Jirayr Sefilyan, Armavir Penitensiar Cəzaçəkmə Müəssisəsində mütəmadi olaraq təcridxanada saxlanılır, orada başqa bir məhbus və ya məhkum yoxdur. Heç kim onunla ünsiyyət qurma imkanına malik deyil.
Maraqlıdır ki, fırıldaqçılıq epizodu üzrə təxminən yüzədək məhkum və vətəndaşların mülkiyyətini oğurlamaqda təqsirləndirilən Spartak Danielyan da eyni cəzaçəkmə müəssisəsində saxlanılır. Lakin, Sefilyandan fərqli olaraq, o, çox müqayisə edilməyən azad bir şəraitdə olmaqla, yeni cinayətlər törətmək imkanına malikdir.
Armavir türməsinin rəhbəri Tiqran Navasardyan açıqlamasında, Sefilyana qarşı ciddi nəzarət rejiminin tətbiqi barədə yayılan məlumatları inkar etməyə cəhd edib. "Cəzaçəkmə müəssisələrində hamıya qarşı ciddi nəzarət mövcuddur", - deyə türmənin rəhbəri mövzudan yayınıb.
Alpər Mövludoğlu
Ordu.az