Raket və Artilleriya Qoşunları atəş mövqelərinə çıxarılıb - VİDEO+FOTOLAR
Oxunub: 2424
18:31
14 Mart 2018
Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.
Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.