Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Hovhanissyan mərkəzi hərbi çağırış məntəqəsinin başqa bir yerə köçürülməsi ilə bağlı danışıb.
O, Ermənistan müdafiə naziri Vigen Sarkisyanın hərbi çağırış sahəsində dəyişiklik edilməsi barədə danışdığını bildirib. Hovhannisyan hazırda hansı məsələlərin həll edilməsi barədə məlumat verə bilməyəcəyini qeyd edib.
Xatırladaq ki, erməni KİV-lərində yayılan məlumatlara görə, Ermənistanın mərkəzi çağırış məntəqəsi başqa yerə köçürüləcək.
Alpər Mövludoğlu
Ordu.az