“Azərbaycana silah satışı müqavilə çərçivəsində həyata keçirilir” - Kosaçyev

2018/03/1547_988456_1521017201.jpg
Oxunub: 1304     12:45     14 Mart 2018    
“Rusiyanın Azərbaycana silah satışı 2016-cı ilin aprel ayında əldə olunan müqavilə çərçivəsində həyata keçirilib”.

Ordu.az News.am saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçyev bəyan edib.

O, bu barədə İrəvanda keçirilən mətbuat konfransında jurnalistlərdən birinin Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğu halda Azərbaycana 5 milyard dollar dəyərində silah satmasına dair sualına cavab verərkən bildirib.

“Qeyd etmək istədiyim ilk məsələ budur ki, belə hallarda söhbət Ukrayna kimi silahın atıldığı və qaynar fazada olan münaqişələrdən gedir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi belə mərhələdə deyil. Hər birimiz başa düşürük ki, şərait partlayış təhlükəsinə malikdir və 2016-cı ilin aprel hadisələri buna bir daha sübutudur. Rusiya 2016-cı ilin aprelində imzalanan müqavilələri yerinə yetirir və müqavilələrə uyğun olaraq biz bunu etməliyik. Lakin bu vəziyyət gələcəkdə geniş miqyasda həyata keçirilməyəcək. Təbii ki, biz 2016-cı ilin aprel ayında baş verən vəziyyətə reaksiya göstəririk. Buna dair heç bir şübhə ola bilməz”, - deyə Kosaçyev vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər:

Xəbər lenti

“Azərbaycana silah satışı müqavilə çərçivəsində həyata keçirilir” - Kosaçyev

2018/03/1547_988456_1521017201.jpg
Oxunub: 1305     12:45     14 Mart 2018    