Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistandakı iqtidar partiyasının bütün üzvləri, müxalifət, siyasətçilər, siyasi texnoloqlar 100 % əmindirlər ki, Serj Sarkisyan 9 aprel tarixindən sonra baş nazir olacaq.
Bütün fəaliyyətlər, bəzən yarıgizli və bəzən də açıq-aşkar buna işarə edir. Lakin bəzi mənbələr buna yekun qərarın verilmədiyini qeyd edir.
Daha doğrusu mənbə iddia edir ki, ən yuxarılarda (yalnız Ermənistanda yox) daha bir versiya müzakirə olunmaqdadır. Bu versiyaya görə Serj Sarkisyan müdafiə naziri təyin ediləcək. Hakim partiyanın rəhbəri, müdafiə naziri təyin olunsa da bu və ya digər şəkildə ölkədə ən təsiredici qüvvə olaraq qalacaq.
Alpər Mövludoğlu
Ordu.az