ABŞ-ın sabiq admiralı: “Azərbaycan açar müttəfiqdir”

2018/03/3_122018_b4-lyon-silk-road-m8201_c0-92-2630-1625_s885x5164564_1520943620.jpg
Oxunub: 2590     20:18     13 Mart 2018    
“Bu əsasən Azərbaycanın qonşusu Ermənistandan və Amerikanın böyük və təsirli Erməni lobbisindən gəlir. Gəlin faktlarla üzləşək ki, Ermənistan Rusiyanın de-fakto nəzarətindən çıxmağa qadir deyil. ABŞ-Azərbaycan əlaqələrinə ziyan vermək məqsədilə aparılan dezinformasiya kampaniyasının əsas silahı isə 30 il əvvəl, 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş faciəli hadisədir”.

Ordu.az təqaüddə olan ABŞ dəniz admiralı, ABŞ-ın Sakit Okean filotiliyasının komandiri və ABŞ-ın BMT-dəki sabiq hərbi nümayəndəsi olan Ceyms A. Lyonsun “The Washington Times” nəşrində “Azərbaycan, açar müttəfiq” adlı məqaləsini təqdim edir.

Keçmiş Sovet İttifaqından ortaya çıxan ölkələrdən çox az hissəsi Birləşmiş Ştatların Cənubi Qafqazdakı uzaq vədəli maraqları üçün Azərbaycan qədər əhəmiyyətli və açar müttəfiqdir.

O, tolerant, dünyəvi, əsasən müsəlmanların təşkil etdiyi təqribən 10 milyonluq xalqdır. Azerbaycan şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəddir. Rusiyanın İranla, dünyanın əsas terrorizmə dövlət dəstəyi verən ölkəsi ilə əlaqələrin genişlənməsi fonunda Azərbaycanın müstəqilliyi və suverenliyi Amerika maraqları üçün əvəzsizdir.

Biz heç vaxt unutmamalıyıq ki, 2001-ci il 11 sentyabr terror hücumundan sonra prezident Heydər Əliyev Birləşmiş Ştatlara tam dəstəyini ifadə etdi. Azərbaycan həm də NATO-nun Əfqanıstandakı hərbi əməliyyatlarına quru qoşunları ilə töhfə verən ilk ölkələrdəndir. O, öz strateji ərazisindən uçuşlara icazə verir və digər logistik əməkdaşlıq edir.

Dünyanın əsas güclərinə qarşı əla balanslı xarici siyasət yeridən Azərbaycan nə NATO-ya, nə də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa səy göstərmir. Bununla belə müstəqil Azərbaycan Rusiya prezidenti Vladimir Putinin Moskvanın dominantlığı altında keçmiş Sovet nəzarətində olan əraziləri birləşdirmə məqsədinə əngəldir.

Strateji Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsində Gürcüstan və Türkiyə ilə partyorluq – güclü qərb dəstəyi və iştirakı Moskvanın Avropaya qarşı enerji şantajının zəifləməsində son dərəcə əhəmiyyətli olub.

Gözdən qaçmamalı məqam Çinin regiona ekspansiyasıdır. Çinin Cənubi Qafqazda böyüyən maraqlarına bağlı olan Bakı-Pekin əlaqələri buna əsas nümunədir. Strateji olaraq Çinin Kəmər və Yol Təşəbbüsü (BRI) onların geosiyasi üstünlük üçün yol xəritəsidir. O, altında sərt güc yatan yumşaq güc siyasətidir.

Çinin “İpək Yolu” layihəsinin uzanması ilə Cənubi Qafqaz da böyük maraqların zonasına çevrildi. Layihənin məqsədi Avrasiya məkanın içindən keçən yeni yol şəbəkəsi və dəmiryol ilə Avropanı Şərqi Asiyaya bağlamaqdır. Çinin regionla real əlaqəsi Azərbaycanın yenicə açılışı edilmiş Bakı-Tbilisi-Qars dəmiryol kəməri tam əməliyyat qabiliyyətinə çatdıqda yaranacaq.

Qafqazlar və xüsusilə Azərbaycanın neft, təbi qaz kimi qlobal resurslara tranzit dəhliz kimi böyük geostrateji əhəmiyyətə malik olmasına heç bir şübhə yoxdur. O, həm də bütün bölgələr arasındakı vacib transport yollarının kəsişməsində yerləşir. ABŞ və Azərbaycan əlaqələri böyüməyə davam edir, lakin partnyorluğun pozulmasına çalışanlar var.

Bu əsasən Azərbaycanın qonşusu Ermənistandan və Amerikanın böyük və təsirli Erməni lobbisindən gəlir. Gəlin faktlarla üzləşək ki, Ermənistan Rusiyanın de-fakto nəzarətindən çıxmağa qadir deyil. ABŞ-Azərbaycan əlaqələrinə ziyan vermək məqsədilə aparılan dezinformasiya kampaniyasının əsas silahı isə 30 il əvvəl, 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş faciəli hadisədir.

14 min erməni əhalidən 26-29 etnik erməni öldürüldü (erməni mənbələr daha yüksək rəqəmlər göstərir). Aydındır ki, bu etnik soyqırım və ya qırğın deyildi. Dezinformasiya kampaniyası bu ölümləri Birinci Dünya Müharibəsi dövründə Osmanlı İmperiyası tərəfindən edilmiş 1915 erməni “soyqırımı”nın xatırəsi ilə əlaqələndirdi. Həmçinin bu hadisə ilə Amerika psixologiyasında Azərbaycanla bağlı yanlış fikirlər formalaşdırdı.

Bu dezinformasiya kampaniyasının əksinə olaraq biz artıq bilirik ki, ermənilərə hücum edən ən zorakı qruplar Eduard Qriqoryan adlı etnik erməni tərəfindən idarə edilirdi. O, da daha sonra öz roluna görə həbsxanaya göndərildi.

Eyni tərzdə həmin dövr ərəfəsində digər bir faciəli insident baş verdi. Lakin bu həm miqyasına, həm də məqsədinə görə daha geniş və dəhşətli olsa da, hafizələrdən silindi. Bu, Xocalı qəsəbəsində baş verən əsl etnik qırğın idi.

Xocalı qanuni olaraq Azərbaycanın bir hissəsi olan, lakin qanunsuz olaraq 1992-ci ildən etibarən Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kiçik bir qəsəbə idi.

1991-ci ilin dekabrında SSRİ-nin dağılmasını əhatələyən xaos zamanı erməni millətçi qüvvələri Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək üçün imkan yarandığını gördülər. Təəssüf ki, bu, həm də çox istənilən regiondan azərbaycanlıların etnik təmizlənməsi mənasına gəlirdi. Əksəriyyəti azərbaycanlı olan 7000 min nəfərlik əhalisi olan Xocalı isə bu yolun üzərində yerləşir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qüvvələri Xocalını ağır bombardmana tutdu. Qaçmağa çalışan mülki şəxslər pusquya salındı və qətlə yetirildi. 600-dən çox adam öldürüldü, bundan da çox adam isə yaralandı. Ölən və yaralananlar arasında qadınlar, uşaqlar və yaşlılar da vardı.

Özündə etnik xüsusiyyət daşımayan Sumqayıt hadisələrindən fərqli olaraq Xocalı qırğını Ermənistan rəhbərliyi tərəfindən planlaşdırıldı, məqsəd isə etnik zəmində əhalini məhv etmək idi. Bir sözlə, bu, soyqırım aktı idi.

Həm Avropa, həm də ABŞ-da çox güclü olan və ABŞ-Azərbaycan əlaqələrinə kölgə salmağa çalışan erməni lobbisinin fəaliyyətindən dolayı Sumqayıt və Xocalı gerçəklərinə varmaq çox çətindir. Bu dezinformasiya kampaniyası ABŞ-Azərbaycan əlaqələrini daha da pisləşdirməsinin qarşısını almaq üçün ifşa edilməlidir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ-Azərbaycan   Əməkdaşlıq   Xocalı-soyqırımı   Sumqayıt-hadisələri  

ABŞ-ın sabiq admiralı: “Azərbaycan açar müttəfiqdir”

2018/03/3_122018_b4-lyon-silk-road-m8201_c0-92-2630-1625_s885x5164564_1520943620.jpg
Oxunub: 2591     20:18     13 Mart 2018    