Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı tarix AÇIQLANDI

2018/03/3456456_1520920766.jpg
Oxunub: 2497     13:58     13 Mart 2018    
Azərbaycanın "Azerspace-2/Intelsat" 38 ikinci geostasionar peykinin buraxılışı aprelin 30-a planlaşdırılıb.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru kosmodromundan "Ariane 5 ECA" raketdaşıyıcısı vasitəsilə orbitə buraxılacaq.

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38"in xidmət dairəsinə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

Xatırladaq ki, Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1" 2013-cü ilin fevralında orbitə buraxılıb. (Trend)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azerspace-2/Intelsat   Peyk  


Bizi "telegram"da izləyin