Ordu.az redaksiyası gürcü nazir Levan İzorianın Azərbaycana səfərinin yekunlarını şərh etməyi briqada generalı, 2003-2005-ci illərdə Gürcüstan Hərbi Hava Qüvvələrinin komandanı, 2012-2016-cı illərdə Gürcüstan Kəşfiyyat Xidmətinin müşaviri Amiran Salukvadzedən xahiş edib.
“Bu, cavab görüşü idi. Məlum olduğu kimi, ötən ilin oktyabrıında Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsəniv rəsmi səfərlə Gürcüstana gəlib. Zakir Həsənov Tiflisdə yüksək səviyyədə həm ölkənin siyasi rəhbərliyi, həm də Müdafiə Nazirliyində görüşlər keçirdi. Dövlətlərimiz arasında bir çox sahələrdə, xüsusən də iqtisadiyyat sahəsində əməkdaşlığın yaxşı dinamikası var. Müdafiə nazirlikləri arasında tez-ez baş tutan əlaqələr isə Azərbaycan və Gürcüstanın daha da yaxınlaşmasına səbəb olur. Düşünürəm ki, səfərin əsas məqsədi məhz budur və ona bütövlükdə nail olunub”, - deyə müsahibimiz qeyd edib.
A. Salukvadzenin sözlərinə görə, hər iki ölkənin silalhı qüvvələri birgə hərbi təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar.
“Cari səfərimiz çərçivəsinədə ölkələrimiz, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlikləri arasında əməkdalığın yeni buduqlarının əsası qoyuldu, bu isə ordu birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi və hərbi islahatların aparılması üçün faydalı olacaq. Bu ilin yancarında Gürcüstan daxili işlər naziri, baş nazirin müavini Georgi Qaxariya Azərbaycana rəsmi səfər edib. O, Azərbaycan rəhbərliyi və öz həmkarı ilə məhsuldar görüşlər keçirib.
Görüşlərdə hüquq mühafizə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Qaxariya Azərbaycan prezidentinin qəbulunda Bakı–Tiflis–Qars dəmir yolu və digər layihələr barədə danışıb.
“Digər nazirliklər və başqa təhlükəsizlik xidmətləri də əməkdaşlıq edirlər. Odur ki, güc strukturlarımızın münasibətlərini dinamik şəkildə inkişaf edən qiymətləndirmək olar.
Bu gün Gürcüstan baş naziri Azərbaycana rəsmi səfər edib. Düşünürəm ki, müdafiə nazirliklərimizin qarşılıqlı münasibətlərini dostyana və etibarlı hesab edib. Yəqin ki, hərbi təhsil sahəsində də sıx əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq mümkündür. Gürcüstan bir çox sahələrdə NATO standartlarının tətbiqi üzrə böyük uğurlara nail olub”, - deyə Briqada generalı bildirib.
Gürcüstan və Azərbaycanın regionda terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlığına toxunan A. Salukvadze deyib ki, bu barədə danışmaq çətindir, belə ki, bu, qapalı məsələlərdir.
“Terrorizmə qarşı mübarizə sahəsində məlumat mübadiləsi çap üçün açıq olmayan mövzudur. Bir çox analitiklərin yazdığı kimi, İŞİD-in Suriyada qalib gələcəyi təqdirdə Qafqazda, xüsusən də Şimali Qafqaz, həmçinin Orta Asiyada terror təşkilatlarının aktivləşməsi təhlükəsi əhəmiyyətli dərəcədə ara bilərdi. Hərçənd orada döyüş fəaliyyətinin uzanmasının şahidi oluruq. Buna baxmayaraq xüsusi xidmət orqanlarımız hazır olmalı və bu istiqamətdə aktiv şəkildə işləməlidirlər. Ümid edirəm ki, məhz belədir”, - deyə müsahibimiz vurğulayıb.
Ordu.az