Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Qartal” ictimai birliyinin rəhbəri, general-mayor Astvatsatur Petrosyan bildirib.
Onun sözlərinə görə, müharibə qanunlarına görə hərbi əməliyyatlardan əvvəl hərbi təlimlər keçirilir.
"Təlimlər adı altında qüvvələr cəmləşdirilir və təlimlər adına yavaş-yavaş 2-ci mərhələyə keçməklə, müharibə şəklini alırlar. Bu vəziyyət istisna edilmir, hazır olmalıyıq, heç bir fikri rədd etməməliyik", - deyə erməni general qorxusunu gizlədə bilməyib.
Alpər Mövludoğlu
Ordu.az