Rusiyanın “Tatarıstan” gəmisi Xəzər dənizinə daxil olub

2018/03/Tatarstan_d_850_1520841778.jpg
Oxunub: 3645     16:00     12 Mart 2018    
Rusiya Silahlı Qüvvələri Xəzər flotiliyasının flaqmanı olan “Tatarırsan” raket gəmisi artilleriya və zenit-artilleriya atışlarının həyata keçirilməsi üçün Dağıstan ərazisindən Xəzər dənizinə daxil olub.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

““Tatarıstan” gəmisinin dənizə çıxışı xüsusi tapşırığın yerinə yetirilməsi ilə bağlıdır: ekipaj dənizdə tək gəmi ilə tapşırıqları yerinə yetirmək üzərində çalışmalıdır”, - deyə məlumatda bildirilir.

Təlim çərçivəsində hərbçilər gəmi silahlarının taktiki tətbiqi üsulları üzərində çalışacaq, dənizdə və sahildə yerləşən hədəflərə atəşləri məşq edəcəklər.

Qeyd edək ki, “Tatarıstan” gəmisi Xəzər flotiliyasının heyətinə 2003-cü ildə daxil olub və artıq həmin vaxt flqaman gəmisi elan edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tatarıstan   Xəzər   Təlimlər  


Bizi "telegram"da izləyin