“İsrail hərbi təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır” – Aleks Veksler

2018/03/345345345345_1514550113_1520341984.jpg
Oxunub: 3288     21:02     06 Mart 2018    
Daha öncə xəbər verdiyimiz kimi, İsrailin “Aviasiya sənayesi” konserni 9 ölkəyə (Kanada, Hindistan və digər dövlətlər) “Dəmir qübbə” və “David sapandı” RƏM komplekslərində istifadə olunan radar sistemi satıb. Söhbət kiçik mənzilli ballistik raketləri zərərsizləşdirən hava hücumundan müdafiə qüvvələrinə onları dəqiqliklə aşkarlamağa imkan verən MMR sistemlərindən (çoxməqsədli radar sistemləri) gedir. Radarların satışının ümumi həmi imi milyard dollara çatıb. Belə ki, hərbi-texniki sahədə Azərbaycan və İsrail arasında məkdaşlıq artan xəttlə inkişaf edir. Ölkəmizin MMR sisteminin alıcıları içərisində olması istisna deyil.

Ordu.az-la söhbət çərçivəsində İsrailin Moskvadakı keçmiş konsulu, İsrail Daxili Təhlükəsizlik Nazirinin keçmiş müşaviri, hərbi-siyasi icmalçı Aleks Veksler hazırda Azərbaycan və İsrailin strateji müttəfiq olduğunu bildirib.


“Əməkdaşlıq ən müxtəlif sahələrdə və əlbəttə, hərbi sahədə aparılır. Əgər müttəfiqlərimizin xahişlərini yerinə yetirmək imkanı olarsa, böyük ehtimalla Azərbaycan İsrail hərbi məhsullarının müxtəlif növlərini alan ilk dövlətlərdən olacaq, belə ki, biz Azərbaycanı yaxın dost hesab edirik”, - deyə Veksler qeyd edib.

Azərbaycanın MMR sistemləri almasının mühümlüyündən danışarkən müsahibimiz ölkələrimiz arasında belə müqavilənin artıq imzalanmış ola biləcəyini diqqətə çatdırıb.

“Azərbaycan bizim xoş əlaqə saxladığımız, müvafiq məlumatları, texnologiyalar sahəsində yeni nailiyyət və yeniliklərlə bölüşdüyümüz məhdud sayda ölkələr siyahısına daxildir. Bu baxımdan bunu tamamilə mümkün hesab edirəm”, - deyə ekspert cavab verib.

A.Veksler qeyd edib ki, hər növbəti il İsrail və Azərbaycan arasında əməkdaşlıq hərbi sahə də daxil olmaqla inkişaf edir.


“Biz bunu bir çox imkanların nümunəsində görürük. Bilirik ki, İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, dövlət başçları səviyyəsində çox xoş və isti münasibətlər qrulub.

Həmçinin bizim üçün Azərbaycanın İslam ölkəsi olması vacibdir və bu, bizim Azərbaycanla əlaqələrimizi daha da möhkəmləndirir. Buna görə də bu əlaqələr artan xəttlə inkişaf edəcək. Bizm məmnuniyyətlə hərbi sahə də daxil olmaqla bütün sahələrdəki nailiyyətlərimizlə bölüşəcəyik”, - deyə müsahibimiz bildirib.

“Dəmir qübbə” sistemi barədə danışarkən Veksler qeyd edib ki, Azərbaycan Ordsunun silahlanmasında belə bir silahın olması Bakı üçün böyük üstünlükdür.

“Bu raket hücumundan müdafiə sistemi öz effektivliyini dəfələrlə sübut edub. Bu sistemi daima yalnız israillilərin deyil, amerikalıların da modernləşdirdiyindən şübhələnirəm və bu işdə yalnız İsrail deyil, ABŞ da iştirak edir”, - deyə Veksler vurğulayıb.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-Azərbaycan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin