Əfqanıstana 800 nəfərlik xüsusi formalaşdırılmış briqadalar göndərilib

2018/02/received_2480495595509927_1519326099.jpeg
Oxunub: 2981     03:00     23 Fevral 2018    
Birləşmiş Ştatların Əfqanıstandakı ənənəvi qüvvələrə dəstək və məsləhət verilməsi məqsədilə formalaşdırdığı xüsusi hərbi briqadaların ilki bu gün ölkəyə yerləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 800 nəfərlik 1-ci Təhlükəsizlik Qüvvələri Yardım Briqadasının əsgərləri ölkə daxilində müxtəlif ərazilərdəki təhlükəsizlik postlarına yerləşdirilməklə yanaşı, "Taliban"la döyüş xəttinə də daha yaxın olacaqlar.

Qeyd edək ki, Tramp administrasiyasının Talibanla davam edən müharibəni bitirmək üçün xüsusi hazırladığı plana əsasən formalaşdırılan bu qüvvələrin əsas üstünlüyü hazırda ölkədə olan xarici qüvvələrdən fərqli olaraq yuxarı rütbəli komandirlərlə yox, batalyon səviyyəli əsgərlərlə işləmək üçün yetişdirilmələridir.

ABŞ-ın hərbi ekspertləri uzun müddətdir ki, aparılan müharibənin həlli üçün bunun həyati önəm kəsb etdiyini vurğulayırdılar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


Bizi "telegram"da izləyin