Hindistan ikinci müdafiə sənayesi dəhlizi formalaşdıracaq

2018/02/IMG-20180222-WA0025_1519325582.jpg
Oxunub: 1612     02:49     23 Fevral 2018    
Hindistan hökuməti ölkənin şimalındakı Bundelxand regionunda daha bir müdafiə sənaye dəhlizi açmağı planlaşdırır.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Hindistan Baş naziri Narendra Modi bildirib.

Dəhliz 2018-ci il üçün hökumətin büdcəsində vəsait ayrılması planlaşdırılan iki müdafiə sənaye zonasından ikincisidir. İlki Müdafiə naziri tərəfindən elan edilib. Nazir Nirmala Sitharaman dəhlizin ölkənin cənub qurtaracağında formalaşdırılacağını söyləyib.

Modinin sözlərinə görə, yeni zonanın yaradılması 3 milyard ABŞ dolları cəlb edəcək və təxminən 250 min yeni iş yerinin açılmasına gətirib çıxaracaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin