ABŞ antirusiya sanksiyalarının qəbuluna çox ciddi yanaşır

2018/02/814_1519302241.jpg
Oxunub: 2317     20:23     22 Fevral 2018    
ABŞ administrasiyası Rusiyaya münasibətdə əlavə sanksiyaların qəbul edilməsinə çox ciddi yanaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, bu barədə qərarlar ictimailəşdirilmədən, bağlı qapılar arxasında qəbul ediləcək.

Yeni siyahıya daha öncə sanksiya tətbiq edilməyən, lakin Rusiyanın hərbi, siyasi və iqtisadi sahələri üzrə mühüm mövqeyə malik olan şəxslərin əlavə ediləcəyi bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Sanksiyalar  


Bizi "telegram"da izləyin