Ordu.az IRNA-ya istinadən xəbər verir ki, bu sözləri İranın Bakıda rəsmi səfərdə olan müdafiə naziri general Əmir Hatəmi səsləndirib.
Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbə baş çəkən Hatəmi bildirib ki, İran hazırda özünün ehtiyac duyduğu bütün hərbi ləvazimatları özü istehsal edir.
“Tehran və Bakı tarixi, mədəni və dini yaxınlığa sahibdir və bu ikitərəfli əlaqələrin genişləndirilməsi üçün zəmin hazırlayır”, - deyə Hatəmi qeyd edib.
Qeyd edək ki, səfərinə dünəndən başlayan nazir Müdafiə naziri Zakir Həsənovun dəvəti ilə Bakıdadır.
Ağalar Ağalarlı
Ordu.az