Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət buna baxmayaraq Britaniya hökuməti üçün müdafiə xərclərinin prioritet olaraq qalacağını qeyd edib.
Şirkətin hesabatına görə, vergi xərclərinin çıxılmasından sonra qalan gəlirlər ötən il 6,5% azalaraq 854 milyon funtsterlinq olub. Azalmanın əsasən kibertəhlükəsizlik sahəsi ilə əlaqəli olduğu göstərilir.
Bununla belə kompaniyanın ümumi dövriyyəsi 3% artaraq 18,32 milyard funtsterlinq təşkil edib.
Xatırladaq ki, şirkət “Hawk” və “Eurofighter Typhoon” qırıcılarını olan tələbin azalmasından dolayı 2017-ci ilin sonlarında 2000 işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Ağalar Ağalarlı
Ordu.az