“Tanrının qəzəbi”: Gözəl qadınlar, ekzotik qonaqlıqlar və məhv edilən nasitlər - MOSSAD

2018/02/567567567567567567_12154360960.jpg
Oxunub: 3738     14:38     22 Fevral 2018    
ABŞ kəşfiyyat idarəsinin ərköyün qardaşı sayılan MOSSAD yarandığı 1948-ci ildən etibarən İsrail dövlətinin ən önəmli dayaqlarından biri olaraq qalır. Atom oğurluğu, homoseksual roluna girən agentləri, Hollivud ulduzlarını ələ alan əməliyyatları ilə adından söz etdirən bu qurum qəddarlığıyla yüksək texnologiyaları birləşdirərək həm düşmənlərinin, həm də dostlarının qorxusunu, qibtəsini, heyranlığını qazandı. Kəşfiyyat dünyasının yazılmamış qanunlarını daim görməməzlikdən gəldi. Yeri gələndə sui-qəsd törətdi, yeri gələndəsə adam oğurladı. Əməlləri əfsanələşdi. Bununla bərabər dillərdə dastan olan uğursuz əməliyyatlara da imza atdı.

İkinci dünya müharibəsindən sonra dünyaya yayılmış yəhudilər Fələstini vətən seçdilər. Lakin o vaxt Fələstin torpaqları BMT-nin mandatı altında ingilislərin tabeçiliyində idi. Əcnəbilərin ora girməsinə izn verilmirdi. Yəhudilərin ilk məxfi servisi və nizami ordusu olaraq qəbul edilən Haganah belə bir vaxtda meydana çıxdı.

Digər tərəfdən ərəblərlə yəhudilər arasında narazılıq artır, Qüdsdə bir-birinin ardınca bombalar partlayırdı. Hər iki tərəf bir-birini terrorizmdə günahlandırırdı.

BMT-nin qərarına əsasən 1948-ci ilin 15 mayında İsrail dövlətinin qurulduğunu elan etdilər. Elə ertəsi gün yeni qurulan dövlət ərəb qoşunlarının işğalına uğradı. Bu hadisə 6 min insanın ölümünə səbəb oldu. Yəhudilərlə ərəblər arasındakı bu ilk hadisə İsrailin yeni yaranan kəşfiyyatının hələ peşəkarlıqdan çox uzaq olduğunu göstərdi.

İsrailin ilk baş naziri David Ben Gurion hərbi kəşfiyyata cavabdeh olan AMAN, Xarici İşlər Nazirliyinin nəzarətindəki siyasi büro və daxili təhlükəsizlik təşkilatı olan “Şin Bet”i bir qurumda birləşdirmək üçün ortaq beyin mərkəzi yaratdı: MOSSAD.

Türk təhsili alan İsrail dövlətinin memarı

David Ben Gurion İsrailin qurucusu, ilk baş naziri və az qala bütün kəşfiyyat xidmətlərinin memarı idi. 1886-cı ildə Polşada yəhudi ailəsində anadan olub. 1906-cı ildə Fələstinə köçüb və 1912-14-cü illərdə İstanbul Universitetində Hüquq təhsili alıb.

Yəhudilərin ilk məxfi servisi

HAGANAH 1920-ci ildə yaradıldı. Haganah-ın tərkibində SHAİ adlı kəşfiyyat qurumu olub.İIkinci dünya müharibəsi dövründə ingilislər SHAİ üzvlərinə təlimlər keçmiş, əvəzində qarşı tərəf onlara tərcüməçilik xidməti göstərmişdi.

Nasistlərin məğlubiyyətindən sonra SHAİ-nin əsas vəzifəsi İsrail dövlətinin qurulmasında fəaliyyət göstərmək idi. Eyni zamanda Haganah tərəfindən həyata keçirilən yəhudi köçürülməsi və silah daşınması zamanı təhlükəsizliyin təmin edilməsi onların boynunda idi. Müstəqillikdən əvvəl SHAİ-nin tabeçiliyində 68 məmur, 60 yəhudi və ingilis agentiylə bərabər, 80 ərəb casusu var idi. İllik büdcəsi 700 min dollara çatırdı.

9 general, 4000 hərbçiylə əvəz edilən “dahi”

Dünyanın dörd tərəfinə yayılan yəhudilərdən MOSSAD-a könüllü məlumatlar gəlməyə davam edirdi. Məsələn, Sovet lideri Nikita Xruşşovun 1956-cı ildə Kommunist Partiyasının XX qurultayında Stalini və stalinizmi lənətləmək üçün hazırladığı çıxışın bir nüsxəsi hələ o nitqi söyləməmişdən əvvəl “MOSSAD”ın əlinə keçmişdi.

“Mossad” bunu dərhal MKİ-yə göndərdi. Amerikalılar isə İsrail məxfi xidmətinin bu bacarığından heyrətə gəldi.

Nasist tərəfdarı olan elm adamları və hərbi təcümanların 60-cı illərdə Misirə axın etməsi İsraili narahat edirdi. Görünüş və və mənşəcə alman, amma qəlbən israilli olan Lotz onların axtardıqları adam idi.

Lotz saxta keçmişinə uyğunlaşmaq üçün bir müddət Almaniyada yaşadı. Qahirədə ortaya çıxanda isə Şimali Afrikada döyüşmüş zəngin iş adamı və at həvəskarı idi. On bir il qaldığı Avstraliyada at bəsləməklə məşğul olurdu.

Sarı saçları və alman dilini mükəmməl bilməsi Qahirədəkiləri şübhələndirməmişdi. Ətrafındakılara şampan olmaqla müxtəlif hədiyyələr payladığına görə İsraildəki komandirləri ona “şampan casus” adını vermişdi.

Volfqanq Lotz 1933-cü ildə Fələstinə köçmüşdü. Fələstində ibranicə və ingiliscə danışmağı öyrəndi. İkinci dünya müharibəsində ingilislərin yanında, sonra da Haganah tərəfində döyüşdü.

İsrail kəşfiyyatının zabitləri onun Misir elitasına sızmasını istəyirdi. Bu işi ondan yaxşı bacaran ola bilməzdi. O, sadəcə alman kimi görünmür, eyni zamanda sənədləri və keçmişi də bunu sübut edirdi.

Qısa zamanda Misir elitasında özünə yer tapdı. Pul problemi yox idi. Mossad ona yaxşı pul ayırırdı. Gözəl qadınlar, ekzotik qonaqlıqlar, su kimi axan içkilər Lotzun dəyərini daha da artırırdı.

Lotz Misir rəhbərliyindən əldə etdiyi məlumatları İsrailə göndərirdi. Nəticədə rus kəşfiyyatçıları Lotzun izinə düşdü. O, Tel Əvivə Misirin əsas vurulacaq hədəflərin koordinatlarını göndərərkən tutuldu. Ona ömürlük həbs cəzası verildi.

Cəmi 3 il həbsdə qaldı. 6 günlük müharibədə əsir götürülən 9 general və 4000 hərbiçiyə qarşılıq olaraq İsrailə təhvil verildi.

“Ətrafımızı tanıyaq”

Yəhudilər İsrail dövlətini qurmamışdan əvvəl Fələstində kəşfiyyat əməliyyatlarına başlamışdılar. “Ətrafımızı tanıyaq” adlı turist gəzintiləri təşkil olunurdu. Yəhudi gənclər turist adıyla ərəb kəndlərini gəzir, ən kiçik detalların belə şəklini çəkərək məxfi servislərə göndərirdilər. Bütün yəhudilər az qala casusa çevrilmişdi.

Dəməşq küçələrində Mossad agenti

İsrailin ikinci böyük casusu isə Əli Kohen idi. Suriyada prezidentin belə sevimlisinə çevrilən Koheni yəhudilər Suriyanın gələcək prezidenti və ya baş naziri vəzifəsində görürdü. KQB-nin Kohen haqqında məlumatları Suriyaya verməsindən sonra o, xalq qarşısında edam olundu.

Üç saata 400 təyyarəni məhv edən kəşfiyyat liderləri

Mossadın əfsanəvi rəhbərlərindən olan Meir Amit və İsrail kəşfiyyatının rəisi general Aharon Yariv höküməti zəngin kəşfiyyat məlumatları ilə təmin edirdi.

Bu şəxslərin sayəsində İsrail 60-cı illərin əvvəllərində dünyanın ən yaxşı xəbərdarlıq cihazlarına yiyələndi. Bunun təməlində isə Nemanın yaratdığı ,o zamanlar üçün olduqca qiymətli, amma bu gün çox bəsit görünən bir kompüter sistemi dayanırdı. 6 günlük müharibə zamanı bu sistemlər sayəsində üç saat ərzində Misirin 400-dən çox təyyarəsini məhv etdilər. Misir ordusu darmadağın edildi, suriyalıların isə Colan təpələri İsrailin nəzarəti altına keçdi. O zamandan etibarən Colan təpələri ilə bağlı münaqişə davam edir.

Bu müharibəyə uğursuzluq damğası vuran bir hadisəni də xatırlamalıyıq. Sina yarımadasında israilliləri və misiriləri izləyən ABŞ casus gəmisi “USS Liberty” səhvən vuruldu. Nəticədə 34 amerikan dənizçisi həlak oldu.

Meir Amit

1948-ci ildə ərəblərə qarşı döyüşmüşdü. Döyüşlərdə paraşütünün açılmaması nəticəsində ağır yaralanmış, 18 ay xəstəxanada yatmışdı.

ABŞ-da iqtisadiyyat təhsili almışdı. Ölkəsinə qayıtdıqdan sonra hərbi kəşfiyyat orqanının, ardınca isə 1963-cü ildə Mossadın həmsədr statusuna yiyələndi. 1964-cü ildə İraq kürdləri vasitəsilə Bağdad rejimini zəiflətmək strategiyasını seçmişdi. Suriyadakı “Əli Kohen” əməliyyatı onun rəhbərliyi altında həyata keçirilmişdi. MKİ ilə Mossad arasındakı əməkdaşlığın təməllərini qoydu. Ərəb dünyasında casus şəbəkəsinin qurulmasında əsas rol oynadı. Sonralar siyasətə qoşuldu.

Aharon Yariv-“Tanrının qəzəbi”

Moskvada yəhudi ailəsində doğulub. HAGANAH tərəfindən hazırlanan kəşfiyyatçı və hərbiçidir. İngilis ordusunda döyüşüb. 1964-72-ci illər arasında İsrail ordusunun kəşfiyyat qolu –AMAN-nın direktoru oldu. 1972-ci ildə Münhen qətliamının ardından baş nazir Qolda Meirin terrorla mübarizəsi məsələləri ilə bağlı məsləhətçisi oldu. Qətliamın cavabdehlərini məhv etməyi hədəfləyən “Tanrının qəzəbi” əməliyyatının icrasına rəhbərliyi ona tapşırdılar.

Mossadın intiqamları: Hitler komandirləri məhv edilir

60-70-cı illərdə Mossadın həyata keçirdiyi intiqam əməliyyatları dünyanı heyrətə gətirdi. Güclü odluqları qədər də qəddar idilər. Yeganə hədəf bu idi: Kim olursa olsun, İsrail düşməni hesab etdikləri hər kəsi məhv etmək!

İkinci dünya müharibəsi bitmiş, intiqam zamanı çatmışdı. Yəhudi genosidinin gerçəkləşdirilməsində birinci dərəcəli rol oynayanların başında isə Adolf Eyxman gəlirdi.

Eyxman Argentinaya qaçmağı bacarmış, burada Rikardo Klement adlı iş adamına çevrilmişdi. 15 il sonra Mossadın “ölüm qrupu” onu tapmağı bacardı. Rikardo Klement tutulanda çaş-baş qalmışdı. Eyxman gizlicə aeroporta aparıldı. Qarşısında iki şərt qoyulmuşdu: ya dərhal öldürüləcək, ya da mühakimə olunacaqdı! O, ölüm qorxusuna görə, ikinci variantı seçdi.

Eyxmanın İsrailə gətirilməsi böyük səs-küy yaratdı.

8 ay davam edən məhkəmə prosesindən sonra edama məhkum edildi. Mühakimə və edam səhnəsinə isə bütün dünya şahidlik etdi.

Müharibədən sonra Eyxman “Otto Eyxman” adına düzəldilmiş satxa sənədlə onu tanımayan amerikalılar tərəfindən həbs olundu. Nəzarətdə ikən qaçaraq dörd il ərzində Almaniyanın şimalındakı bir fermada yaşadı. Ara sakitləşəndə Cənubi Amerikaya qaçdı. 1958-ci ildə Qərbi Almaniya məxfi servisi BND, Eyxmanın Argentinada yaşadığını MKİ-yə bildirdi. MKİ isə Eyxman tutularsa, keçmiş nasist zabitlərinin ABŞ və Qərbi Almaniya məxfi servisləri ilə əlaqələrinin üzə çıxacağından qorxaraq, nə özü hərəkətə keçdi, nə də əlindəki məlumatları Mossada verdi.

İngiltərənin nüfuzlu “Guardian” qəzetinin müxbiri Uki Qoni nasist Almaniyasında milyonlarla yəhudinin düşərgələrə göndərilməsində əsas rol oynayan Adolf Eyxamanın Argentinada bir mühacirin tapdığını iddia etdi.

Onun yazdığı kitaba inansaq Eyxmanı tapan Daçau düşərgəsindən xilas olan bir kor mühacirdir. 1935-36-cı illərdə Daçauda saxlanılan Lothar Hermanın qızı Silviya, Eyxmanın oğlu Klausun dostu idi. Qızı atasına Arrgentinada Klement adıyla yaşayan Eyxmanın ifşa edilməsində kömək etdi.

Herman 17 oktyabr 1959-cu ildə Hayfadakı məlumat mərkəzinə bir məktub yollayaraq, Eyxmanla bağlı bilgiləri İsrail rəsmilərinə çatdırmış oldu. Qoninin yazdıqlarına görə, Mossad Eyxmanı yalnız həmin bilgilərin sayəsində ələ keçirə bildi.

Rus qırıcısını qaçıracaq qədər cəsarətli idilər

Rusların 60-cı illərdə ən güclü qırıcı təyyarəsi sayılan MİQ-21 İsrailin qatı düşmənləri Misir, İraq, Suriyanın bel sütununu təşkil edirdi. Rusların sirr kimi saxladığı bu təyyarələr hamını qorxuya salmışdı.

Mossad bu sirləri öyrənmək üçün təyyarəni qaçırmaq qərarına gəldi. Misir, İraq pilotları bu təkliflərdən imtina etsə də, axırda satılmağa hazır biri meydana çıxdı. MİQ-21-də kapitan köməkçisi işləyən xristian Münir Redfanın ailəsi Bağdadda yaşayırdı. Redfa 1 milyon dollar və ailəsinin İraqdan çıxarılması şərtilə bu təkliflə razılaşdı.

1966-cı ildə təlim uçuşu adıyla havaya qalxan Redfa təyyarəni qaçırmağa nail oldu. Dəliyə dönən ruslar İsraildən təyyarəni qaytarmağı tələb etdi. Amma Mossad təyyarəni ABŞ-a verdi.

ABŞ-ın FAT-dakı agentini öldürdülər

1972-ci ilin Münhen Olimpiya oyunları zamanı terrorçular israilli idmançıların qaldığı binanı tutdular. İksini öldürüb, qalanlarını girov götürdülər. Onlar 200 fələstinli dustağın azad olunmasını tələb edirdilər.

Onların şərtləri qəbul edildi. Münhen hərbi aeroportuna aparıldılar. Lakin aeroportda öncədən hazırlanmış alman xüsusi qrupları onları gözləyirdi. Tələyə düşdüklərini bilən terroristlər atışma vaxtı bütün girovları öldürdülər.

Tel-Əvivi şoka salan bu “Qara sentyabr” hadisəsindən sonra Mossad intiqam hazırlıqlarına başladı. “X komitəsi” adı verilən qrup yaradıldı.

İşlər heç də planlaşdırıldığı kimi getmədi. Mossad qrupu “Qara sentyabr” hadisəsinin rəhbəri Ali Hasan Selaminin izinə düşdüyünü düşünürdü. Onu öldürdülər. Sonradan məlum oldu ki, bu şəxs əslində mərakeşli ofisiant idi. Mossad agentlərinin altısı həbs olundu.

Amerikalılar Selaminin kim olduğunu yaxşı bilirdilər. Fələstin Azadlıq Təşkilatındakı bu çox önəmli adamla məxfi ünsiyyəti Beyrutdakı MKİ şefi yaratmışdı.

Çox keçmədən MKİ ona Mossad barədə xəbərdarlıq etdi: “İzinə düşüblər, diqqətli ol!”

22 yanvar 1979-cu ildə mühafizəçiləriylə birgə Beyrutda ikən, binaların birinin ən üst mərtəbəsində onları gözləyən Mossad agentinin olmasından xəbərsiz idilər.

Selami və adamları yol üzərində yerləşən bomba yüklü avtomobilin partladılması nəticəsində öldürüldülər.

(Ardı var...)
Emin Piri
Ordu.az

Teqlər: Mossad   Casusluq   Kəşfiyyat-xidməti   İsrail  

Xəbər lenti

“Tanrının qəzəbi”: Gözəl qadınlar, ekzotik qonaqlıqlar və məhv edilən nasitlər - MOSSAD

2018/02/567567567567567567_12154360960.jpg
Oxunub: 3739     14:38     22 Fevral 2018    