Çin XİN: Çin-Hindistan sərhədindəki vəziyyət şişirdilir

2018/02/1364535165843_1519295037.jpg
Oxunub: 2390     18:16     22 Fevral 2018    
Çin Hindistan sərhədi boyunca Xalq Azadlıq Ordusunun havadan müdafiəni artırdığı ilə bağlı mətbuat çıxan hesabatların şişirtmə olduğunu bildirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çinin rəsmi mətbuat orqanlarından olan “Global Times” fevralın 20-də XAO-nun Qərb Sahə Komandanlığının havadan müdafiəsinin gücləndirildiyini yazıb.

Məsələ ilə bağlı açıqlama verən Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Qenq Şuanq məsələdən xəbərsiz olduğunu irəli sürüb.

“Qeyd etdiyiniz iddialardan xəbərim yoxdur. Bu sualı orduya ünvanlamağınızı məsləhət görə bilərəm. Lakin istənilən halda mətbuat məsələni olduğundan daha ciddi göstərməyə çalışır. Ümid edirik ki, Hindistan tərəfi sərhəd zonasının sülh və təhlükəsizliyinin təmin olunmasında bizimlə birlikdə işləməyə səy göstərəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Çin Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-XİN   Hindistan   XAO  


Bizi "telegram"da izləyin