Kreml və Pentaqon Rusiya əsgərlərinin öldüyünü təsdiqləmir

2018/02/690_1518587494.jpg
Oxunub: 824     13:44     14 Fevral 2018    
Kreml və Pentaqon ABŞ-ın Suriyadakı sonuncu hücumu zamanı iddia edilən Rusiya əsgərlərinin ölməsi ilə bağlı məlumatı yoxdur.

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu barədə hər iki tərəfdən yüksək səlahiyyətli şəxslər bildirib.

Qeyd edək ki, sosial şəbəbəkələrdə yayılan məlumatlarda ölənlərin 100-600 arası olduğu bildirilir.

“Biz bu məsələdə sosial medianı əsas mənbə kimi istifadə etməməyi təklif edirik. Gəlin başa düşək ki, dünyanın bir çox ölkəsində vətəndaşlarımız var və onların bütün məlumatlarına sahib olmaq çox çətindir. Bütün KİV-lər danışır amma heç bir sübut yoxdur. İstənilən halda Müdafiə Nazirliyinin verdiyi məlumatları izləmək məsləhətdir. Biz sadəcə Suriya ordusuna hava dəstəyi verən Rusiya Silahlı Qüvvələri hərbi qulluqçularının məlumatlarına sahibik və onlarla bağlı dəqiq məlumatı təmin edə bilərik. Suriyada olan digər ruslar barədə məlumatımız yoxdur”, - deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Mənim ölənlər arasında Rusiya əsgərlərinin, yaxud da muzdlu əsgərlərinin olduğu barədə məlumatım yoxdur, sizə də bununla bağlı məlumat verə bilməyəcəm”, - deyə Mettis bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Suriya   Ceyms-Mettis  

Kreml və Pentaqon Rusiya əsgərlərinin öldüyünü təsdiqləmir

2018/02/690_1518587494.jpg
Oxunub: 825     13:44     14 Fevral 2018    