Pakistanda təhlükəsizlik qüvvələrinə hücum: 4 şəhid

2018/02/5a196a167602d456456_1518585303.jpg
Oxunub: 3721     13:12     14 Fevral 2018    
Pakistanın Kvetta şəhərində naməlum şəxslərin maşından açdığı atəş nəticəsində təhlükəsizlik qüvvələrindən 4 nəfər şəhid olub.

Ordu.az Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin Baş Müstəntiqinin köməkçisi Rəzaq Çima bildirib.

Onun sözlərinə görə, baş verən hücum zamanı təhlükəsizlik personalı gündəlik yoxlanışda olublar. Hadisə ilə bağlı araşdırma aparılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Şəhid  


Bizi "telegram"da izləyin