Ordu.az 20khvylyn.com saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib.
“Həm 2016, həm də 2017-ci ildə bir metr belə torpaq itirməməyimiz barədə danışmaq xoşdur. Həmçinin bizim bölmələrimiz bəzi istiqamətlərdə 10 kilometrdən çox qədər məsafədə irəliləyiblər”, - deyə Turçinov bildirib.
Onun sözlərinə görə, terrorçuların sərhəd xəttində konfiqurasiyanı dəyişmək üzrə atdığı bütün addımların qarşısı alınıb.
Ağalar Qəribov
Ordu.az