Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi Daxili Nəzarət Proqramının kordinatoru Stiven Silverstein bildirib.
O, Ukrayna Müdafiə naziri Stepan Poltorakın NATO standartlarına uyğun rəsmi prosedur və proseslərin tam şəffaf və açıq olmasına ehtiyac olduğunu bildirdiyini xatırladıb.
“Biz müqavilərləri bitirmək, logistika və büdcə məsələlərini tənzimləmək üçün proseduru analiz edirik. Bu, cinayət aktları, səmərəsiz xərclər və saxtakarlıq risklərinin minimallaşdırılmasını təmin etmək üçün etibarlı nəzarəti təmin edəcək”, - deyə Silverstein bildirib.
Ağalar Ağalarlı
Ordu.az