Rusiyanın şərqində - Buryatiya, Zabaykalsk, Xabarovsk, Primorsk diyarlarında, Saxalin, Amur və Yəhudi muxtar vilayətlərində 10 müxtəlif təlim-tədris kompleksində hava hücumundan müdafə qüvvələri üçün irimiqyaslı təlimlər başlayıb.
Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Şərq Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb.
Hazırda zenitçilər qeyd edilən rayonlarda öz mövqelərini seçəcəkləri marşlar həyata keçirirlər.
Hərbçilər maksimal sayda hava hücumundan müdafiə komplekslərinin istifadəsi ilə öz peşəkarlıqlarını artıracaq. Bu məqsədlə “Osa, Strela-10”, “Tor-M2U”, “BUK-M2” ZRK-ları, “Şilka” özüyeriyən zenit qurğusu və “Tunquska” daşınan ZRK-dan istifadə olunub.
Qeyd edək ki, təlimlərdə 3 mindən çox hərbi qulluqçu iştirak edir.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Təlimlər
HHM