“KXDR tərəfindən münasibətlərin istiləşməsinə aldanmaq olmaz” – Yaponiya

2018/02/676_1518501153.jpg
Oxunub: 1628     13:51     13 Fevral 2018    
“Yaponiya hökuməti KXDR-ə təsirin davam etdirilməsində israrlıdır və beynəlxalq ictimaiyyəti son dövrlər Pxenyanın apardığı “təbəssüm siyasəti”nə aldanmamağa səsləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa mətbuat konfrasında bəyan edib.

“Şimali Koreya raket proqramının inkişafını davam etdirir və Pxenyanda keçirilən parad da bunun təsdiqi kimi qiymətləndirilə bilər. Bu, Şimali Koreyanın həqiqi yoludur. “Təbəssüm siyasəti”nə aldanmaq olmaz”, - deyə Suqa bildirib.

O qeyd edib ki, Pxenyanın xarici münasibətlərdə istiləşmə nümayiş etdirməsi beynəlxalq ictimaiyyəti zəiflətmək istəyindən irəli gəlir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin